Şabranda iki maşın toqquşub, xəsarət alan var
Şabran rayonu ərazisində yol nəqliyyat hadisəsi baş verib. APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, qəza Bakı-Quba Rusiya Federasiyasının dövlət sərhədi yolunun 121-ci km-də qeydə alınıb. Siyəzən rayon sakini, 1979-cu il təvəllüdlü Cümşüd Qəhrəmanovun idarə etdiyi 40 BB 304 dövlət nömrə nişanlı “VAZ 2106” markalı maşınla Bakı şəhər sakini 1978-ci il təvəllüdlü Ramiz Hüseynovun idarə etdiyi “Mercedes” markalı 99 HL 046 dövlət qeydiyyatlı yük maşını toqquşub.
Qəza nəticəsində minik maşının sürücüsü müxtəlif bədən xəsarətləri alıb. O, Şabran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq