İŞİD Suriyanın şimalında 400 uşağa təlim keçir
İŞİD Suriyanın şimalında təşkil etdiyi düşərgələrdə 400-dən çox yeniyetməyə təlimlər keçir. APA TV-nin "Vesti.az"a istinadən verdiyi məlumata görə, onlar bu təlimlərə üç ay əvvəl cəlb ediliblər və heç birinin hələ 18 yaşı tamam olmayıb. "Xilafətin şirləri" adlandırılan bu yeniyetmələrin Kobanidəki döyüşlərdə iştirak etdikləri bildirilir. Onlardan 30 nəfərinin həmin döyüşlərdə öldürüldüyü barədə də məlumat var. UNİCEF-in uşaqları müdafiə təşkilatının rəhbəri Antoni Makdonald bəyan edib ki, terrorçular həmin yeniyetmələri kamikadze qismində də istifadə edir. Bu vaxta qədər "Xilafət şirləri" tərəfindən Hələbdə törədilən iki terror aktı da təsdiqini tapıb. İŞİD-in cərgəsinə cəlb etdiyi 8-13 yaş arası uşaqları əsir və girovları güllələməyə məcbur etdiyi kadrlar da görüntülənib.
DİGƏR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq