Azərbaycanda 19 dərəcə isti olacaq
Martın 27-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı ,əsasən yağmursuz keçəcəyi axşam buludluluğun artacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən məlumata görə, mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 5-7, gündüz 11-16 dərəcə isti olacaq.
Bölgələrdə də hava şəraiti əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gündüz 11-16, bəzi yerlədə 19, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti gündüz 7-12, bəzi yerlədə 15 dərəcə isti gözlənilir.
Tibbi metroloji proqnoza gəlincə, Abşeron yarımadasında mülayim yaz havası komfort temperatur şəraiti əhaliyə xoş təsir bağışlayacaq.
DİGƏR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq