Dünya bazarında neft yenidən ucuzlaşıb
Dünya birjalarında neftin qiyməti yenidən ucuzlaşmağa başlayıb. APA TV-nin məlumatına görə, iki gün müşahidə olunan bahalaşmadan sonra “Brent” markalı neftin qiyməti 2,08% ucuzlaşıb. London birjasında may ayı üçün bağlanan fyuçerslərdə “Brent” markalı neftin bir bareli 57,96 dollar müəyyənləşib. Bir gün əvvəl dünya bazarında “Brent” neftinin qiyməti 59,19 dollar idi. Brokerlərin fikrincə, neftin ucuzlaşmasına Yəməndə başlanan hərbi əməliyyatlar və ABŞ-ın neft ehtiyatlarının artması ciddi təsir göstərib. Treyderlər xam neftin qiymətinin gələn həftə yenidən bahalaşacağını proqnozlaşdırır.
DİGƏR XƏBƏRLƏR
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."
Prezident: Avropa Şurasını tərk etməyi ciddi şəkildə müzakirə etmişik
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub