Etiraf: “Rusiya zirehli texnika bazarında rəqabətə davam gətirmir”
Rusiya istehsalçıları dünya silah bazarında rəqabətə davam gətirə bilmir və artıq 30-dan artıq sektoru məcburi olaraq tərk ediblər. APA TV-nin məlumatına görə, bu barədə “Rosoboroneksport”un baş direktorunun müşavirlər qrupunun sədri Aleksandr Brindikov deyib.
Onun sözlərinə görə, Rusiyanın silah bazarında rəqabət qabiliyyətinin aşağı düşməsinə daxili problemlər və elektron komponent bazası ilə bağlı məsələlər təsir göstərir: “Məsələn, Rusiyanı zirehli texnika bazarında Almaniya, Çin, hətta Ukrayna belə sıxışdırır. Bu ölkələr bazara daha keyfiyyətli texnika çıxarmağa başlayıblar”.
Brindikov artilleriya sistemləri və bu sistemlər üçün sursat bazarında da Rusiyanın sıxışdırıldığını deyib. O bu sektorda ölkənin hətta İsveçə belə uduzduğunu etiraf edib.
DİGƏR XƏBƏRLƏR
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."
Prezident: Avropa Şurasını tərk etməyi ciddi şəkildə müzakirə etmişik
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub