İŞİD-in Mosuldakı komandiri öldürüldü
Terror təşkilatı İŞİD-in Mosuldakı dəstəsinə rəhbərlik edən komandir Ziyad Səlim Məhəmməd Əl-Kürdi öldürülüb. APA TV-nin məlumatına görə, koalisiya qüvvələrinə aid döyüş təyyarələri gecə saatlarında Mosulun Pure məhəlləsini hədəfə alıb. Hava hücumu zamanı Əl-Kürdi məhv edilib.
Qeyd edək ki, Mosulda anadan olan Əl-Kürdi 2004-cü ildə Əl-Qaidə ilə bağlılığı olan bir neçə terror təşkilatına rəhbərlik edib. 2006-cı ildə həbs olunaraq Boka həbsxanasına göndərilib. Həbsdən çıxandan sonra Mosulda üsyanlara rəhbərlik edib. Mosulda onlarla terror aktı törədərək yüzlərlə günahsız insanın ölümünə səbəb olub.
DİGƏR XƏBƏRLƏR
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."
Prezident: Avropa Şurasını tərk etməyi ciddi şəkildə müzakirə etmişik