Gəncədə itkin düşən 18 yaşlı qızın meyiti torpağa basdırılmış halda tapılıb
Gəncədə bir neçə gün əvvəl itkin düşən qızın meyiti meşədə tapılıb. Yerli hüquq-mühafizə orqanlarından APA TV-nin qərb bürosuna verilən məlumata görə, Gəncədə itkin düşən şəxs kimi axtarışda olan şəhər sakini, 1997-ci il təvəllüdlü Gülnarə Aydın qızı Mirzəyevanın meyiti Daskəsən rayonunun Xoşbulaq kəndi yaxınlığında meşədə basdırılmış halda tapılıb. Aparılan əməliyyat tədbirləri nəticəsində hadisənin Gəncə şəhər sakini, 1994-cü il təvəllüdlü Ruslan Elşad oğlu Behbudzadə tərəfindən martın 26-da törədildiyi məlum olub. Ruslan Behbudzadə saxlanaraq istintaqa təhvil verilib.
Faktla bağlı Daşkəsən rayon Prokurorluğunda cinayət işi başlanıb, istintaq gedir.
DİGƏR XƏBƏRLƏR
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."
Prezident: Avropa Şurasını tərk etməyi ciddi şəkildə müzakirə etmişik