Cəlilabadda jurnalist külli miqdarda narkotiklə tutulub
Cəlilabadda biri jurnalist olmaqla iki nəfərdən külli miqdarda narkotik vasitə tutulub. Cəlilabad Rayon Polis Şöbəsindən APA TV-nin cənub bürosuna verilən məlumata görə, martın 31-də həyata keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Cəbrayıl rayon sakini, 23 yaşlı Xanış Əli oğlu Qasımov və Beyləqan rayon sakini, 37 yaşlı Səbuhi Allahyar oğlu Ağalarov şübhəli şəxs qismində saxlanılıb. Onların üzərinə baxış keçirilərkən ümumi çəkisi 4 kiloqram 70 qram olan narkotik vasitə, o cümlədən 2 kiloqram 135 qram heroin, 1 kiloqram 30 qram tiryək və 805 qram marixuana aşkarlanıb.
İlkin araşdırmalardan saxlanılan Səbuhi Ağalarovun "Dedektivpress" qəzetinin şöbə müdiri olduğu müəyyənləşdirilib.
Saxlanılan şəxslərdən Xanış Qasımov istintaqa verdiyi ifadəsində narkotik vasitənin xüsusi tapşırığa əsasən, Astara rayonunda təhvil veriləcəyini bildirib.
Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."
Prezident: Avropa Şurasını tərk etməyi ciddi şəkildə müzakirə etmişik