Bakıda cənazə maşını qəzaya uğrayıb
Ötən gecə Suraxanı rayonunda ağır qəza baş verib. APA TV-nin məlumatına görə, qəza Zığ şosesində qeydə alınıb. Yüksək sürətlə hərəkət edən 90 TB 646 dövlət nömrə nişanlı, "BMW" markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə o, maşını beton piltələrə çırpıb. Qəza nəticəsində maşın deformasiyaya uğrayıb. Hələlik kimliyi məlum olmayan və ağır yaralanan sürücü ətrafdakıların köməyi ilə xəstəxanaya çatdırılıb.
Digər bir qəza isə Xətai rayonunda baş verib. Afiyyəddin Cəlilov küçəsində yas mərasimləri üçün istifadə olunan 90 HV 061 dövlət nömrə nişanlı "Hyundai" markalı mikroavtobusla 10 VD 305 nömrəli "Mercedes" toqquşub. Qəza nəticəsində sürücülər xəsarət almasa da, avtomobillərə ciddi ziyan dəyib.
Hər iki faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."
Prezident: Avropa Şurasını tərk etməyi ciddi şəkildə müzakirə etmişik