Türkiyədə 9 azərbaycanlı tutulub
Türkiyədə hüquq-mühafizə orqanları qanunsuz fəaliyyət göstərən mətbəə aşkarlayıb. Lent.az-ın “İhlas” xəbər agentliyinə istinadən məlumatına görə, Kocaelinin Gebze rayonunda qeyri-qanuni kitab çapı ilə məşğul olan dəstənin fəaliyyəti ilə bağlı polisə məlumat daxil olub. Dərhal mətbəəyə basqın edən polis əməkdaşları oradan qanunsuz çap edilən 2 min 848 ədəd kitab götürüb. Bundan başqa məlum olub ki, mətbəədə işləyənlərin hamısı azərbaycanlıdır. Azərbaycan vətəndaşı olan 9 işçi də saxlanılaraq polis bölməsinə aparılıb. Araşdırmalar davam etdirilir.
DİGƏR XƏBƏRLƏR
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."
Prezident: Avropa Şurasını tərk etməyi ciddi şəkildə müzakirə etmişik