Dağıstanda İŞİD-ə bağlı “Kizlyar qruplaşması”nın lideri atışmada öldürüldü - ƏMƏLİYYAT GÖRÜNTÜSÜ
Dağıstanın Xasavyurt rayonunda “Kizlyar qruplaşması”nın lideri məhv edilib. APA TV-nin məlumatına görə, İŞİD terror təşkilatına biət edən “Kizlyar qruplaşması”nın rəhbəri Şahban Həsənov xüsusi əməliyyat zamanı zərərsizləşdirilib. Rusiya Antiterror Komitəsi artıq əməliyyatın görüntülərini yayıb. Əməliyyat zamanı xüsusi təyinatlılar terror qruplaşması üzvlərinin olduğu evi mühasirəyə alıblar. Bir neçə saat davam edən atışma zamanı Şahban Həsənov öldürülüb, evdən çoxlu sayda silah-sursat götürülüb.
DİGƏR XƏBƏRLƏR
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."
Prezident: Avropa Şurasını tərk etməyi ciddi şəkildə müzakirə etmişik