İmişli sakinini elektrik cərəyanı vurub
İmişli rayon sakinini elektrik cərəyanı vurub. APA TV-nin yerli bürosundan verilən məlumata görə, bədbəxt hadisə bu gün səhər saatlarında Kürdəmir rayonunun Mollakənd kəndi ərazisində qeydə alınıb. İmişli rayon sakini 53 yaşlı Ələsgərov Eldar Mayıl oğlu İmişli istiqamətində hərəkətdə olarkən “KamAZ” markalı yük avtomobilini yol kənarında saxlayaraq, həmin yolun üzərindən keçən yüksək gərginlikli elektrik naqilinin onun maşınına toxunub-toxunmadığını yoxlamaq istəyib. Yük maşınının üzərinə çıxan sürücü səhlənkarlıq edərək, yüksək gərginli elektrik naqilinə toxunub. Cərəyan güclü olduğundan, onu vuraraq asfalt yola çırpıb.
Yaralı dərhal Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Hazırda onun vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."
Prezident: Avropa Şurasını tərk etməyi ciddi şəkildə müzakirə etmişik