Bakıda havanın hərarəti 16 dərəcəyə çatacaq
Yaxın iki-üç gün ərzində ölkə ərazisində havalar əsasən yağmursuz keçəcək. Bakıda və Abşeron yarımadasında cənub qərb küləyi əsəcək, arabir güclənəcək. Paytaxtda havanın temperaturu günorta saatlarında 12-16 dərəcə arasında dəyişəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA TV-yə bildirib ki, bölgələrdə hava şəraiti əsasən yağmursuz olacaq: “Gecə və səhər saatlarında isə bəzi yerlərdə duman olacağı istisna edilmir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu Mərkəzi Aran rayonlarında günorta saatlarında 15-20 dərəcə isti olacaq, dağlarda isə 7-12, bəzi yerlədə 15 dərəcəyədək isti müşahidə ediləcək”.
Yaxın iki-üç gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsəsən əlverişlidir.
DİGƏR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri