Fransada aviadispetçerlər tətilə başladı
Fransada aviadispetçerlər 48 saatlıq tətilə başlayıblar. APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, aviadispetçerlər pensiya yaşının artırılmasına və əmək şərtlərinə qarşı etiraz edirlər. Ölkənin ən böyük həmkarlar ittifaqı tərəfindən təşkil olunan aksiya aviauçuşların qrafikinə ciddi təsir edə bilər. Fransa Mülki Aviasiya İdarəsi artıq aviaşirkətlərdən bu günlərdə beynəlxalq reyslərin yarısını təxirə salmağı xahiş edib. Aprelin sonunadək aviadispetçerlərin həmkarlar ittifaqı daha 7 gün tətil etmək fikrindədir.
DİGƏR XƏBƏRLƏR
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."
Prezident: Avropa Şurasını tərk etməyi ciddi şəkildə müzakirə etmişik