Azərbaycan Ordusu irimiqyaslı əməliyyat-taktiki təlimlər keçirir
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən gecə təlimləri keçirilən bölgədə olan müdafiə naziri, general-polkovnik Zakir Həsənov səhra şəraitində yerləşdirilən hərbi hissələrin və texnikanın vəziyyəti ilə tanış olub, hazırlıq səviyyəsini yoxlayıb.
APA TV-nin Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Müdafiə Nazirliyinin rəhbərliyi poliqonda yaradılmış müxtəlif təlim nöqtələrinə baş çəkərək şəxsi heyətin, silah-sursatın və döyüş texnikalarının gecə təlimlərində iştirakı və ümumi hazırlıq üzrə görülən işlərin keyfiyyəti ilə maraqlanıb.
Təlimlər davam edir.
DİGƏR XƏBƏRLƏR
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."
Prezident: Avropa Şurasını tərk etməyi ciddi şəkildə müzakirə etmişik