Avtobusda arvadını qətlə yetirən şəxs tutuldu
Bakıda 2 gün öncə qətl törətməkdə şübhəli bilinən şəxs yaxalanıb. Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həyat yoldaşı, 1968-ci il təvəllüdlü Fatma Şəfiyevanı qətlə yetirməkdə təqsirləndirilən 1962-ci il təvəllüdlü Namiq Həzi oğlu Məmmədov tutulub.
Qeyd edək ki, hadisə aprelin 8-də gecə saatlarında Xırdalan-Bakı xətti üzrə hərəkət edən 135 saylı sərnişin avtobusunda baş verib. N. Məmmədov aralarında yaranan münaqişə zəminində həyat yoldaşı F. Şəfiyevanı bıçaqlayaraq qətlə yetirib.
DİGƏR XƏBƏRLƏR
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."
Prezident: Avropa Şurasını tərk etməyi ciddi şəkildə müzakirə etmişik