"Qazprom" Avropaya qaz nəqlini artırıb
"Qazprom" Ukrayna üzərindən Avropaya qaz nəqlini aprelin ilk həftəsindən artırıb.
APA TV-nin məlumatına görə, faktı "Ukrtansqaz" da təsdiqləyib.
Eksport daha çox Slovakiya və Macarıstan istiqamətində müşahidə olunur. Ukrayna şirkətinin məlumatında deyilir ki, aprelin 1-də qazın qazın sutkalıq nəqli ölkə ərazində 175,5 milyon, 2-də isə 185 milyon kubmetr təşkil edib. Aprelin 8-dən isə tranzit 196 milyon kubmetrə qədər artıb.
Müqayisə üçün qeyd olunur ki, mavi yanacağın nəqli martın sonunda 151 milyon kubmetr olub. Beləliklə, Rusiya tərəfi həcmi 30 faiz artırıb. "Qazprom" mart ayında ümumilikdə Avropaya 13,5 milyard kubmetr qaz ötürüb.
Xatırladaq ki, Avropaya Ukrayna üzərindən qazın nəqli 2019-cu ildən dayandırılacaq. "Qazprom"un rəhbəri Aleksey Miller bildirib ki, Qara dənizin altından Türkiyə ərazisinə çıxarılacaq "Türk axını" adlandırılan yeni kəmər Avropanın mavi yanacaqla təmin olunmasında yeganə marşrut olacaq.
DİGƏR XƏBƏRLƏR
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."
Prezident: Avropa Şurasını tərk etməyi ciddi şəkildə müzakirə etmişik