Zaqatala sakinindən “TT” tapançası götürüldü
Respublikanın daxili işlər orqanları tərəfindən cinayətkarlıqla mübarizə sahəsində növbəti əməliyyat tədbiri həyata keçirilib. APA TV-nin xəbərinə görə, daxil olan əməliyyat məlumatı əsasında Nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Zaqatala rayon sakini Elçin Hacıyevi saxlayıblar. Elçin Hacıyevin yaşadığı evə baxış zamanı onun qarajda gizlətdiyi “TT” markalı 1 tapança, 1 ədəd sandıqça və 6 ədəd patron götürülüb. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.
DİGƏR XƏBƏRLƏR
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."
Prezident: Avropa Şurasını tərk etməyi ciddi şəkildə müzakirə etmişik