Şəhid Həsən Həsənov doğum günündə məzarı başında anıldı
Kəlbəcər rayonunda girov düşərək ermənilər tərəfindən şəhid edilmiş Həsən Həsənovun doğum günü ilə bağlı tədbir keçirilib.
APA TV-nin məlumatına görə, şəhid öncə 20 Yanvar dairəsindəki Şəhidlər Abidəsi önündə, daha sonra isə məzarı başında ailəsi, I Qarabağ müharibəsinin veteranları, dostları, jurnalistlər və ictimai xadimlər tərəfindən anılıb. Tədbirdə şəhidin valideynləri onun qəhrəmanlığından danışıblar.
Xatırladaq ki, ötən il iyulun 11-də Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər, onlarla birlikdə olan digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H.Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.
DİGƏR XƏBƏRLƏR
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."
Prezident: Avropa Şurasını tərk etməyi ciddi şəkildə müzakirə etmişik