Fransa və Belçika mediasına güclü haker hücumu başlayıb
Naməlum hakerlər Belçika və Fransanın aparıcı nəşrlərinin saytlarına hücum ediblər. Hücuma məruz qalan nəşrlər "Rossel" media qrupuna aiddir.
"Rossel" media qrupunun baş direktoru Bernard Marşan bildirib ki, hücum nəticəsində bir neçə saytın fəaliyyəti dayanıb.
Belçikada nəşr olunan fransızdilli "Le Soir" qəzetinin saytı fəaliyyətini bərpa etsə də, hücumlar davam edir. Bu barədə nəşrin Twitter mikrobloqunda bəyanat yerləşdirilib.
Xatırladaq ki, aprelin 8-də Fransanın TV5Monde telekanalının sosial şəbəkələrdəki səhifələri və saytı dağıdılmışdı. Hakerlər telekanalın Facebook səhifəsində İŞİD-ə qarşı əməliyyatlarda iştirak edən hərbçilərin qohumlarına aid sənədləri yerləşdirmişdilər.
DİGƏR XƏBƏRLƏR
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."
Prezident: Avropa Şurasını tərk etməyi ciddi şəkildə müzakirə etmişik