İmişlidə iki maşın toqquşdu, dörd nəfər yaralandı
İmişlidə 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
İmişli Rayon Polis Şöbəsindən APA TV-nin Mil-Muğan bürosuna verilən məlumata görə, hadisə bu gün günorta saatlarında Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun Rəsullu kəndindən keçən hissəsində qeydə alınıb.
1970-ci il təvəllüdlü Qurban Ziyəddin oğlu Şadlinskinin idarə etdiyi "QAZ-24" markalı 30 BG 828 dövlət nömrə nişanlı avtomobillə 1985-ci il təvəllüdlü Elsəvər Mürsəl oğlu Ağakişiyevin idarə etdiyi "VAZ-2105" markalı 10 HT 681 dövlət nömrə nişanlı avtomobil toqquşub. Nəticədə "VAZ-2105"-in sürücüsü və sərnişini Xəlilov Mübariz Maarif oğlu, "QAZ-24"-ün sərnişinləri - 1963-cü il təvəllüdlü Yuri Konstantinoviç Medvedev və Nadir Zakir oğlu Hüseynov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar dərhal İmişli Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."
Prezident: Avropa Şurasını tərk etməyi ciddi şəkildə müzakirə etmişik