Zaqatalada yaşayış evi yanıb
Zaqatalada fərdi yaşayış evində yanğın olub.
APA TV-nin məlumatına görə, yanğın rayonun Aşağı Tala kəndində Hicran Qazilovaya məxsus, ümumi sahəsi 144 kv. m olan birmərtəbəli, 4 otaqlı evdə baş verib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğın nəticəsində evin 10,5 kv. m-lik mətbəxinin yanar konstruksiyaları və içərisindəki əşyalar yanaraq yararsız hala düşüb. Evin qalan hissəsi yanğından mühafizə edilib.
Yanğın zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."
Prezident: Avropa Şurasını tərk etməyi ciddi şəkildə müzakirə etmişik