Aralıq dənizində qayıq batdı: 41 ölü
Aralıq dənizində qayığın batması nəticəsində azı 41 nəfər ölüb. APA TV-nin “Reuters”ə istinadən xəbərinə görə, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatı məlumat yayıb.
Ölənlərin hamısının İtaliyaya gedən qeyri-leqal miqrantların olduğu bildirilir. Məlumata görə, qəza nəticəsində cəmi 4 nəfər xilas olunub. Onlar Siciliya limanına aparılıb.
Qeyd edək ki, son günlər İtaliyaya qaçaq yollarla getməyə çalışan 10 min adamın həyatı xilas olunub. İtaliya xarici işlər naziri Paolo Gentiloni qeyri-qanuni miqrantların ölkəyə gəlişini əngəlləmək istiqamətində Avropa Birliyindən kafi cavab ala bilmədiyini deyib. Bununla belə, Avropa Birliyi Avropa gəlmək istəyən miqrantlara da kömək etmək üçün fövqəladə bir gücə ehtiyac olduğunu bəyan edib.
DİGƏR XƏBƏRLƏR
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."
Prezident: Avropa Şurasını tərk etməyi ciddi şəkildə müzakirə etmişik