Yanukoviçin İsveçrə banklarındakı pulları Ukraynaya qaytarılır
İsveçrə həbs qoyduğu Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin və yaxın ətrafının bank hesablarındakı vəsaitləri Ukraynaya qaytarmağa başlayıb.
APA TV-nin "Swissinfo"ya istinadən verdiyi məlumata görə, bura Yanukoviç ailəsinin də pulları daxildir.
"Federal ədliyyə qurumu Ukrayna Prokurorluğunun bununla bağlı xahişini müsbət dəyərləndirib. Dondurulmuş aktivlər Ukraynaya qaytarılacaq" deyə qurumun nümayəndəsi Folko Qalli bildirib. O, bununla bağlı ukraynalı keçmiş məmurların və Yanukoviç ailəsinin məlumatlandırılmasının vacib olmadığını bildirib.
Xatırladaq ki, İsveçrə 2014-cü ildə Viktor Yanukoviçin və ona yaxın 30 digər məmurun bank hesablarını donduran ilk ölkədir.
DİGƏR XƏBƏRLƏR
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."
Prezident: Avropa Şurasını tərk etməyi ciddi şəkildə müzakirə etmişik