Zaqatalada “Azərişıq” ASC-nin əməkdaşını elektrik cərəyanı vurdu
“Azərişıq” ASC-nin əməkdaşını elektrik cərəyanı vurub.
Zaqatala Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA TV-yə verilən məlumata görə, Balakən rayonunun Katex kənd sakini, 1955-ci il təvəllüdlü Şahruddin Mollaəli oğlu Atayev elektrik cərəyanı vurması xəsarətləri ilə xəstəxanaya daxil olub.
Həkim müayinəsindən sonra Ş.Atayevə sifətin və sol budun elektroşok travması diaqnozu qoyulub. Xəstəxananın travmatologiya şöbəsində müalicə alan Ş.Atayevin vəziyyəti orta-ağır qiymətləndirilir.
Zaqatala Rayon Polis Şöbəsindən APA TV-yə verilən məlumata görə, Ş.Atayev yaşadığı evdə elektrik naqillərini təmir edən zaman onu elektrik cərəyanı vurub. O, “Azərişıq” ASC-nin Zaqatala rayon Paylayıcı Elektrik Şəbəkəsində montyor işləyir.
Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."
Prezident: Avropa Şurasını tərk etməyi ciddi şəkildə müzakirə etmişik