Tovuzda arxdan mərmi aşkarlandı
Tovuz rayonunda həyətyanı sahədən axan arxdan mərmi və onun qalıqları aşkarlanıb.
APA TV-nin qərb bürosunun xəbərinə görə, hadisə rayonun Bozalqanlı kəndində müşahidə edilib.
Ərazidə axan arxdan su kəsildikdən sonra sakinlər partlayıcı mərmilər və onların hissələrinin görüblər. Kəndlilər bildirir ki, ərazidən keçən arx öz başlanğıcını Ermənistandan başlayan çaylardan götürdüyündən, bu mərmilərin onlar tərəfindən qəsdən axıdılması da mümkündür.
Məlumata görə, kənddəki yaşayış evlərinin yaxınlığından keçən su arxından əkin sahələrinin suvarılmasında və məişətdə istifadə edildiyindən təhlükənin yaranacağı ehtimal edilir.
Kənd sakinləri arxdan mərmi və qalıqlarının tapılması ilə bağlı rayonun aidiyyəti qurumlarına məlumat verdiklərini bildirirlər.
DİGƏR XƏBƏRLƏR
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."
Prezident: Avropa Şurasını tərk etməyi ciddi şəkildə müzakirə etmişik