Gəncədə oğurluqla məşğul olan gürcülər tutuldu
Gəncədə oğurluqla məşğul olan Gürcüstan vətəndaşlarından ibarət mütəşəkkil dəstə yaxalanıb.
APA TV-nin məlumatına görə, Gəncə şəhəri Nizami Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində martın 17-də Nail Əsgərovun evindən 10000 ABŞ dolları, 10000 manat dəyərində qızıl əşyalar, 3 ədəd mobil telefon, geyim və məişət əşyaları oğurlamış Gürcüstan vətəndaşları Qriqori Kuraşvili, Nika Bumbeşvili və Qiyantsa Salakadze saxlanılıb və barələrində həbs-qətimkan tədbiri seçilib.
Onların bu ilin yanvar ayından Gəncəyə gəldiyi bildirilir. Dəstənin azərbaycanlı üzvünün kimliyi barədə məlumat verilmir. Bu şəxslərin analoji cinayətlərdə iştirakı istisna olunmur.
DİGƏR XƏBƏRLƏR
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."
Prezident: Avropa Şurasını tərk etməyi ciddi şəkildə müzakirə etmişik