Şəkidə tibb bacısı intihar etdi
Şəkidə intihar hadisəsi baş verib.
Şəki Şəhər-Rayon Polis Şöbəsindən (ŞRPŞ) APA TV-nin Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə Şəki rayonunun Aşağı Göynük kəndində qeydə alınıb.
Kənd sakini, 1961-ci il təvəllüdlü Mahirə Adışirin qızı Məmmədovanın meyiti yaşadığı evin həyətyanı sahəsindəki talvardan asılmış vəziyyətdə yaxınları tərəfindən aşkar olunub.
54 yaşlı Mahirə Məmmədovanın iki övlad anası olduğu və kənd tibb məntəqəsində tibb bacısı işlədiyi bildirilir. Onun hansı səbəbdən intihar etdiyi hələlik məlum deyil.
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."
Prezident: Avropa Şurasını tərk etməyi ciddi şəkildə müzakirə etmişik