İŞİD-ə qoşulmaq istəyən azərbaycanlılar Türkiyədə tutuldu
Türkiyə ərazisindən Suriyaya keçib İŞİD terror təşkilatına qoşulmaq istəyən azərbaycanlılar saxlanılıb.
APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, bu barədə Türkiyənin Qaziantep valiliyi məlumat yayıb.
Xəbərdə bildirilir ki, Qaziantep polisi tərəfindən Azərbaycan Respublikasının vətəndaşı olan 4 nəfərin Suriyaya getmək üçün müəyyən hazırlıqlar gördüyü, qeyri-qanuni yollarla sərhədi keçməyə çalışdıqları öyrənilib.
Qaziantep Əmniyyət Müdirliyinin həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində M.M., R.B., A.V. və M.K. adlı şəxslər saxlanılıb. Onlar barəsində deportasiya qərarı çıxarılıb və Əcnəbilərlə İş Şöbəsinə təhvil veriliblər. Müvafiq prosedurlar həyata keçirildikdən sonra bu şəxslər Türkiyədən deportasiya ediləcəklər.
DİGƏR XƏBƏRLƏR
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."
Prezident: Avropa Şurasını tərk etməyi ciddi şəkildə müzakirə etmişik