Bərdə bazarında taksi sürücüsü öldürüldü
Bərdə rayonunda qətl törədilib. APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə Bərdə mərkəzi bazarında qeydə alınıb.
Taksi fəaliyyəti ilə məşğul olan Bərdə sakini, 1980-ci il təvəllüdlü Elsevər Cəfərovla Ağdam sakini Ceyhun İbrahimov arasında yaranan mübahisə birincinin bıçaqlanması ilə nəticələnib. Ceyhun İbrahimov Elsevər Cəfərova ürək nahiyəsindən xəsarət yetirib. Elsevər Cəfərov dünyasını dəyişib. Ceyhun İbrahimov polis tərəfindən saxlanılıb.
Faktla bağlı Bərdə rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."
Prezident: Avropa Şurasını tərk etməyi ciddi şəkildə müzakirə etmişik