Sabirabadda 24 yaşlı qadın üçəm dünyaya gətirdi
Sabirabad rayon Perinatal Mərkəzdə üçəm uşaqlar doğulub. Mərkəzdən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, ötən gün Saatlı rayonu Qırağlı kənd sakini 1991-ci il təvəllüdlü Həmzəyeva Afaq Rahil qızı üçəm uşaq dünyaya gətirib.
Qeysəriyyə əməliyyatı ilə dünyaya gələn uşaqların çəkisi 3,1 kq, 3 kq və 2,1 kq-dır. Uşaqlara Mehriban, Leyla və Arzu adları qoyulub. Hər 3 uşaq normal doğulub.
DİGƏR XƏBƏRLƏR
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."
Prezident: Avropa Şurasını tərk etməyi ciddi şəkildə müzakirə etmişik