Bakıda minik maşını sərnişin avtobusuna çırpıldı
Bakıda sərnişin avtobusunun iştirakı ilə yol qəzası baş verib.
APA TV-nin məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu ərazisində, Azadlıq prospektində qeydə alınıb.
Qəzaya sərnişin avtobusunun qarşısına piyadanın çıxması səbəb olub. 13 saylı marşrut xətti ilə hərəkət edən avtobusun qarşısına qəfildən piyada çıxıb. Sürücü piyadanı vurmamaq üçün dayanmalı olub. Arxadan gələn KİA markalı minik maşını isə avtobusa çırpılıb.
Qəza nəticəsində xəsarət alan olmayıb. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları hadisə yerində araşdırma aparıblar. İlkin ehtimala görə, qəzaya KİA markalı avtomobilin sürücüsünün düzgün ara məsafəsi saxlamaması səbəb olub.
Faktla bağlı araşdırmalar davam etdirilir.
DİGƏR XƏBƏRLƏR
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."
Prezident: Avropa Şurasını tərk etməyi ciddi şəkildə müzakirə etmişik