9 yaşlı məktəblini maşın vurub öldürdü
Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
Suraxanı Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Hövsan-Türkan yolunda qeydə alınıb.
1988-ci il təvəllüdlü Nurlan Xeyrulla oğlu Fərhadovun oğlu idarə etdiyi "Toyota" markalı avtomobil yolu keçən piyada, 2006-cı il təvəllüdlü Elman Süleyman oğlu Ağayevi vurub. Piyada hadisə yerində ölüb.
Polisdən Elman Ağayevin üçüncü sinif şagirdi olduğu bildirilib.
DİGƏR XƏBƏRLƏR
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."
Prezident: Avropa Şurasını tərk etməyi ciddi şəkildə müzakirə etmişik