Xətaidə sürücü idarəetməni itirdi, qəza törətdi
Xətai rayonunda yüksək sürət yol qəzasına səbəb olub.
APA TV-nin məlumatına görə, Yusif Səfərov küçəsindən 28 May küçəsinə dönən zaman "Mercedes" markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yol ayrıcını göstərən nişana, daha sonra isə bardürə çırpılıb.
Qəza zamanı sürücü avtomobildə tək olub. Avtomobil yararsız hala düşsə də, xoşbəxtlikdən sürücü heç bir xəsarət almayıb. Hadisə yerinə Dövlət Yol Polisinin Xətai Rayon Şöbəsinin əməkdaşları gəliblər. Sürücü ifadəsinin alınması üçün polis şöbəsinə aparılıb. Faktlı bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."
Prezident: Avropa Şurasını tərk etməyi ciddi şəkildə müzakirə etmişik