Almaniya prezidenti 1915-ci il hadisələrini “soyqırımı” adlandırdı
Almaniya prezidenti Yoahim Qauk Osmanlı imperiyasında 1915-ci il hadisələrini “erməni soyqırımı” adlandırıb.
APA TV-nin “TASS”a istinadən xəbərinə görə, xəbərinə görə. prezident həmin hadisələrdə Almaniyanın qismən məsuliyyətini etiraf edib.
“Biz almanlar, məsuliyyət bölgüsü və hadisələrdə qismən təqsirli olmağımız məsələsinə gəlincə, keçmişə yenidən nəzər salmalıyıq” - deyə Yoahim Qauk Kayzer Almaniyasının hərbi nümayəndələrinin I Dünya Müharibəsi dövründə Osmanlı imperiyasında baş vermiş hadisələrdə iştirakını nəzərdə tutaraq bildirib.
Almaniya prezidenti nitqində aprelin 24-də Bundestaqda müzakirəyə çıxarılacaq qətnamə layihəsinin mətnində yer almış cümlələrdən istifadə edib.
DİGƏR XƏBƏRLƏR
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."
Prezident: Avropa Şurasını tərk etməyi ciddi şəkildə müzakirə etmişik