Tovuzda yüklə dolu “Shacman” aşdı
Bakı-Qazax magistral yolunda sürücünün yaralanması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib. APA TV-nın Qərb bürosunun verdiyi məlumata görə, Göygöl rayon sakini, 1990-ci il təvəllüdlü Ramal Zeynalov idarə etdiyi yüklə dolu "Shaqman" markalı iritonnajlı avtomobili aşırıb. Hadisə zamanı sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Tovuz Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən yaralının vəziyyəti orta-ağırdır.
Faktla bağlı hüquq mühafizə orqanlarında araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."
Prezident: Avropa Şurasını tərk etməyi ciddi şəkildə müzakirə etmişik