Terrorçular Suriyanın strateji şəhərini ələ keçirdilər
Suriyada hökumət qüvvələri ilə "Əl-Qaida"ya bağlı "ən-Nüsra Cəbhəsi" silahlıları arasında şiddətli döyüşlər olub. APA TV-nin məlumatına görə, terror qruplaşması Cisr əş-Şüqur şəhərini tamamilə ələ keçiriblər. Hazırda həmin şəhər və ətraf ərazilər silahlıların nəzarətindədir. Hərbçilər bölgədən uzaqlaşırlar. İdlib əyalətində yerləşən Cisr əş-Şüqur strateji əhəmiyyətə malikdir. Bu şəhər Suriya ordusunun İdlibdəki ən mühüm dayaq məntəqələrindən idi. Bundan əlavə Cisr əş-Şüqur Türkiyə ilə sərhəddə yerləşir. Bu şəhər hazırda Əsəd tərəfdarlarının nəzarətində olan Latakiya əyalətinə gedən yolun üzərindədir.
DİGƏR XƏBƏRLƏR
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."
Prezident: Avropa Şurasını tərk etməyi ciddi şəkildə müzakirə etmişik