Gəncədə mağazadan oğurluq edilib - GİZLİ KAMERA GÖRÜNTÜLƏRİ
Gəncədə ərzaq mağazasından 4 min manat dəyərində oğurluq edilib.
APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, hadisə ötən gecə şəhərin yeni Gəncə qəsəbəsində yerləşən ərzaq mağazasında qeydə alınıb.
Gəncə şəhər sakini Vüsal Zeynalova məxsus ərzaq mağazasından 4 min manat dəyərində siqaret, kolbasa, şirələr, energetik içkilər və digər məhsullar oğurlanıb. Mağaza sahibinin dediyinə görə, müşahidə kamerasına düşən oğrular maskalı olub və onlar dükanın arxa pəncərəsinin şüşəsini qıraraq içəri giriblər. Həmçinin mağazadan 200 manat pulun aparıldığı da bildirilir.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."
Prezident: Avropa Şurasını tərk etməyi ciddi şəkildə müzakirə etmişik