Bank Of Baku

İran ABŞ gəmisini saxladı

# 11:39
29 aprel 2015

İranın hərbi-dəniz qüvvələri ABŞ gəmisini saxlayıblar.

 

APA TV-nin "Euronews"a istinadən verdiyi məlumata görə, Amerikaya məxsus yük gəmisi İrana aid sularda dayandırılıb.

 

Gəmi yoxlanıldıqdan sonra Bəndər-Abbas limanına göndərilib. Pentaqondan bildirilir ki, gəmi Marşal adaları bayrağı altında üzüb və onun göyərtəsində bir nəfər də olsun, ABŞ vətəndaşı olmayıb.

 

Bundan əlavə, o da qeyd olunur ki, İran tərəfi neytral sularda üzən gəmi istiqamətində xəbərdaredici atəş açıb və yalnız bundan sonra təşvişə düşən heyət səhvən Hörmüz boğazından İrana aid sulara daxil olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR