Gəncədə 21 yaşlı oğlan bıçaqlandı
Gəncədə 21 yaşlı oğlan bıçaqlanıb. APA TV-nin Qərb bürosunun verdiyi məlumata görə, hadisə aprelin 30-da saat 04.00 radələrində şəhərin Əttarlar küçəsində qeydə alınıb. Gəncə şəhər sakini, 1994-cü il təvəllüdlü Əşrəfov Şükür Akif oğlu döş qəfəsinin və qarnının kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırılıb. Dərhal əməliyyat edilən 21 yaşlı oğlanın vəziyyətinin orta-ağır olduğu bildirilir.
Nizami Rayon Polis İdarəsindən APA TV-y’ verilən məlumata görə, Şükür Əşrəfov qonşusu 1991-ci il təvəllüdlü Əndirəsul Rüstəməli oğlu tərəfindən bıçaqlanıb. Onların arasında münaqişə yaranıb, bıçaqlanma hadisəsi də bu zaman baş verib.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."
Prezident: Avropa Şurasını tərk etməyi ciddi şəkildə müzakirə etmişik