Lənkəranda ev partladı: bir qadın xəsarət aldı
Lənkəranda yaşayış evində güclü partlayış olub. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə bu gün saat 14.00 radələrində şəhərin Koroğlu küçəsi, 62 ünvanında 1969-cu il təvəllüdlü Aybəniz Zeynalovaya məxsus ümumi sahəsi 9 kv. m olan evdə qeydə alınıb.
İlkin ehtimallara görə, evdəki kiçik tutumlu qaz balonunun partlaması ilə yanğın baş verib. Nəticədə ev tamamilə dağılıb, ev sahibəsinin yaxın qohumu, 1948-ci il təvəllüdlü Lətifə İbad qızı Zeynalova isə ikinci və üçüncü dərəcəli yanıq xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda onun vəziyyətinin ağır olduğu bildirilir.
Evdəki yanğın Fövqəladə Hallar Nazirliyinin Lənkəran Rayon Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşınının və canlı qüvvəsinin səyləri ilə lokallaşdırılıb.
Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."
Prezident: Avropa Şurasını tərk etməyi ciddi şəkildə müzakirə etmişik