Ramzan Kadırov: "İstəyirəm Putin məni vəzifəmdən azad etsin"
"Siz elə bilirsiniz, mənim üçün asandır? Mən kreslodan yapışmıram. Respublika rəhbəri olmaq Allah qarşısında, xalq qarşısında, prezident qarşısında çox məsuliyyətli işdir. Mən bu vəzifəni istəməmişəm və heç vaxt kreslodan yapışmamışam".
APA TV-nin məlumatına görə, bu sözləri Çeçen Respublikasının rəhbəri Ramzan Kadırov "Qovorit Moskva" radiostansiyasına müsahibəsində deyib.
O, həmçinin bildirib ki, Rusiya prezidenti Vladimir Putindən dəfələrlə vəzifədən azad edilməsini istəyib: "Mən 20 dəfə vəzifədən azad edilməyimi istəmişəm, bu gün də istəyirəm".
Kadırov qeyd edib ki, Çeçenistan başqa regionlarla müqayisədə Rusiyanı ən çox dəstəkləyən regiondur.
DİGƏR XƏBƏRLƏR
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."
Prezident: Avropa Şurasını tərk etməyi ciddi şəkildə müzakirə etmişik