Bank Of Baku

Yasamal sakini lotereyadan udduğu pulla heroin alarkən tutuldu

# 10:19
1 may 2015

Yasamal polisi narkotik maddələrin satışı ilə məşğul olan rayon sakini saxlayıb.

 

APA TV-nin məlumatına görə, Yasamal rayon sakini Cəbrayıl Camalov 1 kiloqrama yaxın heroinlə tutulub.

 

Polisə ifadəsində o bildirib ki, bir neçə ildir narkotik maddə istifadəçisidir. Heroini "20 Yanvar" metro stansiyasının yaxınlığında əvvəllər tanımadığı şəxsdən alıb. C.Camalovun sözlərinə görə, 1 kiloqrama yaxın heroinə o, 500 manat pul verib. Pulu isə idman yarışları lotereyasından udub.

 

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində cinayət içi açılıb, araşdırma aparılır.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR