Özünü yolun ağası saydı, 3 piyadanı vurdu: ölən var
Bakıda ağır yol qəzası baş verib. Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən
APA-ya verilən məlumata görə, hadisə ötən gün axşam saatlarında qeydə alınıb. 1963-cü il təvəllüdlü Yolağa Ağamalıyev idarə etdiyi “VAZ-2106” markalı maşınla yolu keçən piyadalar - 1969-cu il təvəllüdlü Nahidə Cabbarovanı, 1991-ci il təvəllüdlü Gülbahar Cabbarovanı və 1981-ci il təvəllüdlü Əzizə Hüseynovanı vurub. Nəticədə N. Cabbarova dünyasını dəyişib. Digərləri isə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."
Prezident: Avropa Şurasını tərk etməyi ciddi şəkildə müzakirə etmişik