Bağdad dəhşətli terror aktından sonra - VİDEO
Bağdadda terror aktı baş verib. APA TV-nin "Euronews"a istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 21 nəfər ölüb, onlarla yaralı var. İçərisinə partlayıcı qurğular yerləşdirilmiş 5 avtomobil yaşayış binalarının, restoran və mağazaların yaxınlığında partladılıb. Terror aktı Bağdadın şiələr yaşayan ərazisində törədilib. Hadisəyə görə, hələ ki, heç bir qruplaşma məsuliyyəti üzərinə götürməyib. Dağıntılar altından özlərinə məxsus əşyaları axtaran sakinlər həyəcan içindədirlər: "Baxın, nə günə qaldıq. Maşınlarımız yanıb. Bizim günahımız nədir? Biz öz evimizdə də sakit yaşaya bilmirik". Xatırladaq ki, fevral ayında ləğv olunan komendant saatından sonra Bağdadda terror aktlarının sayı çoxalıb. Bu arada paytaxt İŞİD təhlükəsinin də bir addımlığındadır. Bağdadın cəmi 120 kilometrliyində yerləşən Ənbar əyaləti tamamilə terrorçuların nəzarətindədir.
DİGƏR XƏBƏRLƏR
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."
Prezident: Avropa Şurasını tərk etməyi ciddi şəkildə müzakirə etmişik