Bakıda içərisində xeyli pul olan “MilliÖN” terminalı oğurlandı
Bakıda oğurluq hadisəsi baş verib.
Qaradağ Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Şıxlar qəsəbəsində qeydə alınıb. Həmin ünvanda yerləşən “Buta” ərzaq mağazasında içərisində xeyli pul olan “MilliÖN” ödəmə terminalı naməlum şəraitdə oğurlanıb.
Hazırda polis hadisəni törədən şəxsin və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində iş aparır.
DİGƏR XƏBƏRLƏR
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."
Prezident: Avropa Şurasını tərk etməyi ciddi şəkildə müzakirə etmişik