Bakıda iki cibgir iş başında yaxalandı
Yasamal RPİ-nin əməkdaşları rayon ərazisində cibgirliklə məşğul olan şəxsləri yaxalayıb.
APA TV-nin məlumatına görə, Bakı sakini, 1983-cü il təvəllüdlü Məmmədov Rəhman Bəhman oğlu paytaxt ərazisində avtobus, ictimai nəqliyyat vasitələrində sərnişinlərdən oğurluq edib. Saxlanılan zaman onun üzərindən narkotik vasitə olan marixuana da aşkar olunub.
"Əvvəllər cibgirlik edirdim, daha eləmirəm. Məni bu dəfə narkotiklə tutublar".
1981-ci il təvəllüdlü İsazadə Elnur Əli oğlunun da üzərindən marixuana aşkar olunub. O da Yasamal RPİ-nin əməkdaşları tərəfindən iş başında - yəni rayon ərazisində avtobuslardan birindən cibgirlik edib düşərkən yaxalanıb. Bu şəxslərin əməllərindən 4 nəfər vətəndaşın zərər çəkdiyi bildirilir. İstintaq idarəsindən onların analoji cinayətlərdə iştrak etdikləri istisna olunmur.
DİGƏR XƏBƏRLƏR
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."
Prezident: Avropa Şurasını tərk etməyi ciddi şəkildə müzakirə etmişik