Avropa Oyunlarının məşəli Salyanda alovlandı
Bakıda keçiriləcək I Avropa Oyunlarının məşəli Cəlilabad rayonundan Salyan rayonuna gətirilib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, ilk dəfə paytaxtdakı qədim od məbədi Atəşgahda alovlandırılan məşəl şəhərin giriş qapısında qarşılanıb.
Məşəli qəbul edən kikboksinq üzrə məşqçi Rahil İsgəndərov 10 həmkarı ilə birgə yürüşü davam etdirib. 3200 metr məsafədə rəmzi növbə ilə bir-birinə ötürən atletlər məşəli Heydər Əliyev Parkına çatdırıblar. Burada Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının 2-ci kurs tələbəsi, boksçu Cavid Quliyev məşəli Meydanda qurulan səhnəyə qaldıraraq, simvolik çırağı yandırıb.
Daha sonra Salyan şəhəri Aşıq Pənah adına məktəb-liseyin 11-ci sinif şagirdi Zərxanım Ağabəyova Birinci Avropa Oyunlarının sonuna qədər saxlamaq üçün simvolik çırağı təhvil alıb. Yürüş iştirakçıları Salyan şəhər mərkəzində təşkil olunan konsertlə tədbiri canlandırıblar.
Yarışın rəmzi Salyandan Neftçalaya yola salınıb.
DİGƏR XƏBƏRLƏR
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."
Prezident: Avropa Şurasını tərk etməyi ciddi şəkildə müzakirə etmişik