Azərbaycanda yağışlı hava şəraiti davam edəcək
Mayın 6-da Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək, gecə və axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən məlumata görə, şimal şərq küləyi əsəcək. Temperatur gecə 8-13, gündüz 16-20 dərəcə isti olacaq.
Bölgələrdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 7-12, gündüz 17-22, dağlarda gecə 2-6, gündüz 7-12 dərəcə isti olacaq.
Ölkə ərazisində yağışlı hava şəraiti mayın 7-si gündüzə qədər davam edəcək. Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi, meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.
DİGƏR XƏBƏRLƏR
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."
Prezident: Avropa Şurasını tərk etməyi ciddi şəkildə müzakirə etmişik