Güclü külək nəhəng bayraqla əsgəri havaya uçurdu
Güclü külək nəhəng bayraqla birgə meksikalı əsgəri havaya uçurub. APA TV-nin xəbərinə görə, hadisə Meksikanın şimalında yerləşən Duranqo şəhərində baş verib.
Hərbi mərasimdə bir neçə əsgərə nəhəng ölkə bayrağını daşımaq tapşırılıb. Qəfildən güclü külək başlayıb. Əsgərlər nəhəng bayrağı tuta bilməyəcəklərini görüb onu buraxıblar. Ancaq əsgərlərdən biri bayrağın ucundan tutmaqda davam edib və nəticədə bayraqla birgə havaya qalxıb. Bayraqla havada uçan əsgər elə bayraqla da birgə yerə düşüb. Onun kiçik xəsarətlər aldığı bildirilir.
Olaydan isə belə möhtəşəm görüntülər qalıb.
DİGƏR XƏBƏRLƏR
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."
Prezident: Avropa Şurasını tərk etməyi ciddi şəkildə müzakirə etmişik